Accessibility links

Fukuşima nüvə stansiyası okeana aşağı radiasiyalı su buraxa bilər

  • Amerikanın səsi

Fukuşima nüvə stansiyası okeana aşağı radiasiyalı su buraxa bilər

Fukuşima nüvə stansiyası okeana aşağı radiasiyalı su buraxa bilər

Yaponiyanın Fukuşima nüvə stansiyasının rəsmiləri bu gün aşağı səviyyəli radioaktiv suları okeana buraxmağı nəzərdən keçirdiklərini bildirib. Tokyo Elektrik Enerji Şirkəti mart ayından sonra obyektdə zədələnmiş reaktorları soyutmaq üçün istifadə edilən küllü miqdarda suyu saxlamaq üçün yerin olmadığı barədə xəbərdar edib. TEPCO-nun rəsmiləri bildirib ki, suyun radioaktiv tərkibinin səviyyəsini təmizləyərək azaltdıqdan sonra su okeana buraxılacaq. Obyektdə radioaktiv tərkibli suları saxlamaq üçün əlavə su anbarlarının tikilməsi nəzərdə tutulub. Lakin rəsmilər bunun problemi həmişəlik aradan qaldıra bilməyəcəyini deyib. Obyekt mart ayında zəlzələ və sunami nəticəsində baş vermiş fəlakətdən sonra artıq Sakit Okeana on minlərlə ton radioaktiv maddələrlə çirklənmiş su axıb.

XS
SM
MD
LG