Accessibility links

Fukuşima nüvə obyektində elektrikin bərpasına ümidlər var


Fukuşima nüvə obyektində elektrikin bərpasına ümidlər var
Fukuşima nüvə obyektində elektrikin bərpasına ümidlər var

Yaponiya rəsmiləri yaxın zamanda Fukuşima nüvə obyektində elektrikin bərpa ediləcəyinə ümid bəslədiklərini deyirlər. Beləliklə, 6 reaktorda yanacaq naqillərinin su ilə təmin ediləcəyi ümidləri artıb. Lakin radiasiya səviyyəsinin yüksəkliyi işçilərin reaktorlarda bir necə dəqiqədən artıq işləməsinə imkan vermir.

Yaponiyanın nazirlər kabinetinin sədri Yukio Edanonun dediyinə görə, 4-cü reaktorun soyuduçu hovuzunda vəziyyət narahatlığa səbəb olub, vəziyyət hələ də dəqiqliklə müəyyən edilməyib.

Amerika Birləşmiş Ştatları və digər ölkələr vətəndaşlarına nüvə obyektikdən 80 km-lik məsafələrə köcmələrini tövsiyə edib. Bir sıra ölkələr Tokiodakı səfirlik işçilərini ölkədən evakuasiya edir.

Japoniya vətəndaşı Fumiaki Yamazaki deyir ki, Yaponiya və ABŞ-ın kriteriyalarındakı fərq narahatlıq doğurur və bu, bizim münasibətimizə şübhə oyadır.

ABŞ prezidenti Barak Obama Yaponiyanın baş naziri Naoto Kanla sonuncu telefon söhbəti zamanı bir daha nüvə böhranı da daxil edilməklə, yardım təklifini təkrar edib. Prezidentin zəngi Vaşinqton rəsmilərinin 4-cü reaktorda suyun tamamilə quruduğunu, yanacaq naqillərinin havaya radiasiya buraxdığını deməsindən sonraya təsadüf edib. Naqillərin hədsiz dərəcədə qızması ərimə və yanğına yol açır ki, bu da radiasiya səviyyəsinin yüksəlməsinə səbəb olur.

XS
SM
MD
LG