Accessibility links

Fukuşima nüvə stansiyasında vəziyyət gərginləşib


Fukuşima nüvə stansiyasında vəziyyət gərginləşib

Fukuşima nüvə stansiyasında vəziyyət gərginləşib

Bu gün hökumət hadisənin yeddinci, ən təhlükəli şkalaya çatdığını müəyyən edib

Yaponyanın baş naziri deyib ki, hökumətin böhranın səviyyəsinin beynəlxalq miqyasda qalxmasını deməsinə baxmayaraq, zədələnmiş Fukuşima nüvə stansiyasında vəziyyət sabitləşməyə doğru gedir.

Bu gün hökumət hadisənin yeddinci, ən təhlükəli şkalaya çatdığını müəyyən edəndən bir neçə saat sonra dövlət televiziyasında göstərilən mətbuat konfransında baş nazir Naoto Kan xalqı arxayın etməyə çalışıb. Bu səviyyə 1986-cı ildə baş verən Çernobl fəlakəti ilə eynidir.

Bir sıra güclü titrəyişlər Fukuşima obyektində sistemi təmir etmək səylərinə maneçilik törədir. Bu gün baş verən 6 bal gücündə titrəyiş iki gün ərzində işçiləri ikinci dəfə ərazidən evakuasiya etməyə vadar edib.

XS
SM
MD
LG