Accessibility links

Bu günlər bir çoxları vebdə yaşadıqlarını deyir. Veb səhifələrində qəzetlər, kitablar, xəbərlər oxunur, musiqi və videolar yüklənir. Bir sözlə həyat veb səhifələrində keçir.

Son zamanlar vebdə ölənlər də var. Sözün əsl mənasında olmasa da, dəfn mərasimləri vebdə paylaşılır. Bu, uzaqda yaşayan ailə üzvləri və dostlara bir növ rahatlıq yaradıb.

Farewell Webcasts beynəlxalq miqyasda məşhur insanlar arasında yaxşı tanınınır. Maykl Cekson və Uitni Hyuston kimi məşhurların dəfn mərasimini milyonlarla insan online izləyib. Lakin indi adi insanlar da bu xidmətdən istifadə edə bilər.

FuneralOne adlı şirkət 2010-cu ildə 1000-dən artıq dəfn mərasimini nümayiş etdirib. Online dəfnlərinin ailə və dostlar üçün nümayişi daxilolma kodları və ya şifrə tələb edir.

XS
SM
MD
LG