Accessibility links

Futbolda insident (yenilənib)


Xəzər Lənkəran-Neftçi matçında insident
Xəzər Lənkəran-Neftçi matçında insident

Polis və Daxili Qoşunların əsgərləri insidenti aradan qaldırıb, 7 nəfər saxlanıb, xəsarət alanlar var

Avqustun 25-də “Topaz” Premyer Liqasının IV turu çərçivəsində Lənkəranda (Bakıdan 268 kilometr cənubda) keçirilən “Xəzər Lənkəran” – “Neftçi” futbol matçında baş vermiş insidentlə bağlı cinayət işi qaldırılıb. İnsident iki komandanın azarkeşləri arasında baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən Amerikanın Səsinə bildiriblər.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında deyilir ki, avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atıb, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırıb, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri ediblər.


Lənkəran şəhər/rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilib.

İctimai asayişi qorumağa cəlb edilmiş DİO əməkdaşlarından 6 nəfəri xəsarət alıb.


Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG