Accessibility links

Ölümdən sonrakı həyatı görmək istəyənlər "“Axirət İnstitutu”na gəlir [Video]


Ölüm son deməkdir. Həyatda qalanlar isə dünyadan köçənləri xatirələrdə, saxladıqları şəkillər və əşyalarla yad edir. Lakin hazırkı texniologiya və internet bəzən ölümün həyatın sonu olması haqda təsəvvürü dəyişir. İnsanın rəqəmsal izləri öldükdən sonra da qala bilər. Los-Ancelesdəki “Axirət İnstitutu” adlı şirkət ölən insanların gələcəkdə necə yad ediləcəyi haqda təsəvvür yaradılmasını mümkün edir.

“Axirət İnstitutu”nun bir hissəsi yas mərasiminin keçirildiyi yer, digər hissəsi isə texnologiya şirkətidir. Ziyarətçilər buraya ölümdən sonrakı rəqəmsal həyatlarını necə görmək istədiklərini müzakirə etmək üçün gəlir. İnstitutun işçisi Karolina Miranda: “Mənim vəfat etmiş dostlarım var və onlardan bəzilərinın Facebook səhifələri həyatda olduqları kimi hələ də fəaliyyət göstərir. İldə bir dəfə Facebook-da onlar yad edilir, ad günləri təbrik edilir. Qüssəlidir.”

Los-Ancelesdəki İncəsənət muzeyində çalışan Qabriel Barsia-Kolombonu insanlar dünyasını dəyişdikdən sonra onlar haqda qalan böyük həcmdə məlumatın taleyi maraqlandırır. Təhqiqatçılar sosial media dövründə ölüm və texnologiyanın interaktiv əlaqələrini müşahidə edir. “Bu texnologiyanın demək olar ki, özünün həyatı var və əsas məsələ sənin yaddaşlarda necə qalmaq istəməyindir. Siz öz texnologiyanızla nə etmək istəyirsiniz? Siz bunun öz nəzarətinizdə qalmasını, yaxud sizin yaddaşlarda necə qalmanızı kiminsə idarə etməsini istəyirsiniz?”

“Axirət İnstitutu”nun videoları zinət əşyalarına yerləşdirilə bilər. Məlumatları səs yazısı şəklində “Axirət abidəsi” olaraq da saxlamaq olar. Bu virtual reallıqlar insanlara dünyasını dəyişən doğmaları ilə bir də yaxınlaşmalarına imkan verir. Barsia-Kolombonun babası kimi. “Bu məlumatlar və videolar vasitəsilə biz insanları xatırlayır, onların xasiyyətləri, zarafata münasibətləri, yaxud da necə güldüklərini də xatırlaya bilirik. Mənım babamı yenidən görmək, bağında necə əyləndiyini izləmək imkanım var.”

Sonda isə bədənin 360 dərəcə skan edilməsi nəticəsində insanlar öz yas mərasimində iştirak edə bilir.

“Axirət İnstitutu”nun sənətkarlar tərəfindən yaradılmasına baxmayaraq, iştirakçılar bu ideyaların qeyri-adi olmadığını və rəqəmsal yaddaşdan artıq istifadə edildiyini deyirlər.

XS
SM
MD
LG