Accessibility links

Füzulidə etiraz aksiyası keçirilib [Video]


Füzulidə etiraz aksiyası (Foto meydan.tv saytından götürülüb)
Füzulidə etiraz aksiyası (Foto meydan.tv saytından götürülüb)

Sakinlər qiymətlərin qaldırlmasına etiraz edir

Yanvarın 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində (Bakıdan 323 kilometr cənub-qərb) qiymətlərin qalxmasına etiraz olaraq aksiya keçirilib.

Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, aksiyaya Əhmədbəyli və Mahmudlu kəndlərindən də qoşulublar. Aksiyada 1000-ə yaxın adamın iştirak etdiyi bildirilir.

Bala Bəhmənli kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, günortadan sonra aksiya səngiyib. Rayon rəhbərliyinin vədindən sonra etirazçıların bir hissəsi dağılışıb. Aksiyaçılara vəd verilib ki, yanvarın 15-də İcra Hakimiyyətində onlarla görüş keçiriləcək və tələbləri nəzərə alınacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG