Accessibility links

Fəza gəmisi kometin şəkillərini çəkib


Fəza gəmisi kometin şəkillərini çəkib
Fəza gəmisi kometin şəkillərini çəkib

NASA fəza gəmisi son beş ildə ilk dəfə olaraq yenidən kometin 200 kilometrliyinə yaxınlaşıb.

Stardust fəza gəmisi dünən Tempel-1 kometinin 72 şəklini çəkib. Alimlər bu şəkilləri 2005-ci ildə çəkilmiş şəkillərlə müqayisə edəcəklər. Həmin vaxt NASA probu kometin tərkibini öyrənməyə çalışırdı. Həmin missiyadan bəri Tempel-1 artıq bir dəfə günəş ətrafında orbit edib və NASA bu vaxt ərzində kometin səthində dəyişikliklərin baş verib-vermədiyini müəyyənləşdirməyə çalışır.

NASA alimləri deyirlər ki, kometlərdə aşkar olunan maddələr milyardlarla il bundan öncə planetlərin formalaşması haqda qiymətli məlumatlar açıqlayır.

XS
SM
MD
LG