Accessibility links

Elm

Günəş təyyarəsi dünya səyahətinə çıxacaq [Video]


Solar İmpulse 2 təyyarəsinin tək oturacağı, 72 metr uzunluöunda qanadı və avtomobilinki qədər çəkisi var. Qanadlara yerləşdirilmiş 200 m2 günəş batareyası təyyarənin gecə uçması üçün litium-ion bateryalarını doldurur. Onun dörd mühərriki saatda 140 km və 8500 metr yüksəkliyə qədər uçmasına şərait yaradır.

Solar İmpulse-1 təyyarəsi 1500 km uçaraq ən uzun uçuşunu 2013-cü il may ayında Arizona ştatının Finiks şəhərindən Texas ştatının Dallas şəhərinə həyata keçirmişdir.

İsveçrə Hava Qüvvələrinin pilotu Andre Borsberg deyir ki, Solar İmpulse 2 yaxşı havada daha uzun məsafələr qət edə bilər.

Andre Borsberg deyir ki, biz Çin sahillərindən qalxanda, okeanın o biri tərəfində havanın necə olduğunu bilmirik. Bu ortaya böyük suallar çıxarır.

Təyyarənin əvvəlki modeli də daxil olmaqla araşdırmalar və sınaqlar 12 il çəkib. Onlar düzəltdikləri yeni modelin 3 ay ərzində 20 uçuş həyata keçirərək dünya ətrafında səyahəti tamamlayacağına inanırlar.

Solar İmpulse lahiyəsinin rəhbəri Bertrand Pikkard deyir ki, təyyarınin hər bir parçası maksimal effektivliyə görə dizayn edilib.

"Bu təyyarə enerji effektivliyi üçün nümunədir. Biz necə enerjiyə qənaət edə bilərik? təyyarəni səhər-axşam havada tutmaq üçün günəşdən əldə olunan enerji kifayət edəcəkmi?", deyə Bertrand Pikkard bildirir.

Avto-pilotda uçarkən pilot bir müddət yata, ayaq yolundan istifadə və hətta idman edə bilər. Borsberq deyir ki, hədəf günəş enerjisi ilə işləyən təyyarələrin istehsalını təbliğ etmək deyil.

Andre Borsberg: Hədəf enerjiyə ehtiyac olan ev inşaatı, nəqliyyat, elektrik cihazları üçün müştərilərə səmərəli enerji məhsulları çatdırmaqdır.

Solar İmpulse 2 may ayında sınaq uçuşuna hazırlaşır. Dünya boyu səyahət isə gələn il mart ayında İran körfəzi yaxınlığındakı hava limanından start götürəcək.
XS
SM
MD
LG