Accessibility links

Güneyli fəallar Vaşinqtonda aksiya keçirib [Video]


Mayın 22-də ABŞ Dövlət Departamentinin qarşısında toplaşan bir qrup güneyli fəal İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz ediblər. Onların aksiyası 2006-cı ilin mayında güneydə baş qaldırmış milli qiyamın ildönümünə təsadüf edir.

Paytaxt Vaşinqtonda keçirillən aksiyanın məqsədi ABŞ rəsmilərinin və ictimiayyətin diqqətini iran azərbaycanlılarna qarşı ayrıseçkilik siyasətinə yönəltmək idi.

Aksiya iştirakçıları Azərbaycanlı siyasi fəalların həbslərinə, ana dilində təhsil olmamasına, Urmiya gölünün qurumasına biganə yanaşılmasına etiraz ediblər.

Aksiya fəallarından Alparslan Çöhrəqanlı Dövlət departamentindən rəsmi bəyanat bildirilməsə də, məsələ ilə bağlı müsbət gəlişmələrin olduğunu deyir.

Təşkilatçılardan Həbib Azərsina İran dövlət idarəçiliyinin irqçi şəkildə davrandığını, ölkədəki azlıqları təqib etdiyini bildirib.

Piketdə “İran sadəcə farslardan ibarət deyil- Fars hökmüranlığı irqçilikdir- Bütün siyasi fəallara azadlıq- Cənubi Azərbaycan İran deyil” kimi şüarlar səsləndirilib.

2006-cı ilin mayında İranda azərbaycanlıları təhqir edən jurnal karikaturasına qarşı nəhəng etiraz dalğası baş qaldırmışdı. Həmin olaylarda yüzlərlə fəal həbs edilmiş, bir neçə adam həyatını itirmişdi.
XS
SM
MD
LG