Accessibility links

3 güneyli məhbus 5 gün müddətinə evə buraxılıb


Camal Müsəvinijad, Əli Səmədpur və Səhənd Məali

Camal Müsəvinijad, Əli Səmədpur və Səhənd Məali

Azərbaycan veb səhifələri İranın Şərqi Azərbaycan vilayətində Sarab şəhrinin həbsxanasında həbs cəzalarını çəkən üç milli fəalın 5 gün müddətinə evə buraxıldığını (mürəxəslik) bildirib.

Sarab İnqilab Məhkəməsi Əli Səmədpuru “rejimə qarşı təbliğat aparmaq” və “İranın ali ruhani liderini aşağılamaq”da ittiham edərək 2 il, Səhənd Məali və Camal Musəvinijadı isə “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbsə məhkum edib.

Oyan News saytının yaydığı məlumata görə, məhkəmə və zindan məsulları sağlıq problemləri olan Əli Səmədpurun müalicə üçün məzuniyyət tələbini daha öncə rədd edib, ancaq son günlərdə üç məhbusun 5 gün müddətinə evə buraxılması haqda qərar qəbul olunub.

2012-ci ilin mayında Sarab şəhərində həyata keçirilən kütləvi həbslər zamanı Əli Səmədpur, Səhənd Məali və Camal Musəvinijad daxil olmaqla onlarla milli fəal nəzarət altına alınmışdı. Fəalların Ettelaat həbsxanasında saxlanıldıqları zaman ağır işgəncələrə məruz qaldıqları bildirilib.

Həbs edilənlərin bir çoxu ağır həbs hökmləri ilə məhkum ediliblər. Amma hüquq müdafiəçilərinin yaydığı bəyanata görə, Sarablı fəallara qarşı təzyiqləri ağır işgəncə və həbs hökmləri ilə bitməyib. Həmid Tovhidi adı ilə tanınan sarablı milli fəalın Su və Kanalizasiya İdarəsində işindən qovulduğu ilə bağlı xəbərlər yayılıb.
XS
SM
MD
LG