Accessibility links

Azərbaycan G20 çərçivəsində keçirilən toplantıda iştirak edəcək


G20-logo

G20-logo

Martın 26-27-də G20 çərçivəsində Türkiyənin İzmir şəhərində şerpa istiqaməti üzrə ikinci toplantıda Azərbaycan iştirak edəcək.Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə. forumda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcək.

Həmçinin, toplantıda İqtisadiyyat və sənaye, Əmək və əhalinin sosial müdafiəsi, Energetika nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaq.

1 dekabr 2014 - 30 noyabr 2015-ci il dövrü əhatə edən Türkiyənin G20 sədrliyi çərçivəsində Azərbaycan G20 platformasında təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib. G20 platformasında müzakirələr şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) və maliyyə istiqaməti üzrə aparılır. Azərbaycanda maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

XS
SM
MD
LG