Accessibility links

G-7 sammiti başa çatıb [Video]


G-7 sammiti başa çatıb
please wait

No media source currently available

0:00 0:01:49 0:00

G-7 sammiti başa çatıb

ABŞ prezidenti və Böyük Yeddiliyin liderləri Almaniya sammitini Rusiyaya qarşı yeni xəbərdarlıqlarla yekun vurub. Müzakirələr zamanı ticarət, iqlim dəyişikliyi və terrozim kimi məsələlər gündəmə gətirilib.

Almaniyanın Alp dağlarının füsünkar fonunda Barak Obama istəyinə nail olub. Belə ki, G-7 sammitində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair razılıq əldə edilib.

“Avropalı tərəfdaşlarımız Rusiyanın Minsk razılığının şərtlərinə əməl etməyincə sanksiyaların davam etdiriləcəyinə dair razılıq əldə edib. Bu isə Avropa İttifaqının hazırkı sanksiyalarının iyuldan sonra da qüvvədə olacağı deməkdir.”

Və xəbərdarlıq- Rusiya Ukraynanın suverenliyinə hörmət etmədiyi təqdirdə onu əlavə sanksiyalar gözləyir.

Ticarət məsələsinə gəldikdə isə ABŞ dövlət başçısı Sakit və Atlantik okeanı tərəfdaşları ilə ticarət razılıqları əldə edilməsinə səy göstərdiyini deyərək, Avropa ölkələrini Yunanıstanın börc böhranının həllinə yardım göstərməyə çağırıb.

Terrorizmlə mübarizə gündlikdə yer alan əsas məsələlər arasında olub. İraqın baş naziri Heydər Əl-Əbədi ilə görüşü zamanı Obama Ramadini ələ keçirən İslam Dövlətinə qarşı mübarizə yollarını müzakirə edib.

“ABŞ təlimlər və yardımlarını, İraq qüvvələrinin yalnız müdafiə deyil, zəfər üçün ehtiyacı olan avadanlıqla təminatı davam etdirəcək.”

Sammitdə Afrika ölkələrinin liderləri də iştirak edib. Onların bir çoxu Boka Haram yaraqlı qrupu və Ebola epidemiyası ilə mübarizə yollarının müzakirəsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG