Accessibility links

Tramp: G-7 toplantısında Şimali Koreyaya xüsusi diqqət ayrılacaq


ABŞ prezidenti Donald Tramp deyir ki, terrorizm və Şimali Koreya Böyük Yeddiliyin zirvə toplantısının gündəliyindəki əsas mövzular olacaq. Zirvə toplantısı işinə cümə günü Siciliya adasında başlayıb.

Zirvə toplantısının digər iştirakçılarının diqqətində olacaq başqa mövzu isə ticarətdir. Onlar ümid edirlər ki, beynəlxalq ticarət və iqlim dəyişikliyi mövzusunda Trampın mövqeyini yumşaldacaqlar.

Brüsseldə olduğu müddət prezident Tramp NATO liderləri qarşısında çıxış edərək bildrimişdi ki, onlar alyansla bağlı maliyyə öhdəliklərini yerinə yetirmirlər. O əlavə etdi ki, “bu, ABŞ vətəndaşları və vergi ödəyicilərinə qarşı ədalətli deyil.”

Tramp iqlim dəyişikliyi mövzusunda da kifayət qədər sərt mövqeyə sahibdir. Prezident seçkiləri kampaniyası zamanı Tramp iqlim dəyişikliyi ilə bağlı fikirlərin “nağıl” hesab etdiyini dəfələrlə söyləyib.

Zirvə toplantısında ABŞ-la bərabər, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Britaniya işitrak edir. Avropa Birliyi də toplantıda təmsil olunub.

1997 və 2014-cü illər arasında dünyanın ən qüdrətli ölkələrinin zirvə toplantısı iştirakçıları arasında Rusiya da yer alırdı. Amma Rusiyanın Krımı ilhaqından sonra Moskvanın zirvə toplantısında iştirakı dayandırılıb.

XS
SM
MD
LG