Accessibility links

G-7: Qlobal artım “təcili prioritet”dir


Dünyanın ən inkişaf etmiş iqtisadiyyatına malik 7 dövlətin liderləri Yaponiyada qlobal artımı “təcili prioritet” məsələ kimi qiymətləndirərək, Şimali Koreya ilə bağlı narahatlığı vurğulayıblar. Rusiya və beynəlxalq sularla bağlı mübahisə məsələləri ilə davam edən sammit cümə günü başa çatıb.

Görüşün son bəyanatı qlobal iqtisadiyyatın üzləşdiyi geniş məsələləri əhatə edib. Böyük Yeddiliyə üzv ölkələrin liderləri maliyyə stimulu ilə bağlı müxtəlif mövqeləri aralarında paylaşıblar.

Bəyannamənin 32-ci səhifəsində tələbatın azlığı və ünvansız struktur problemləri həqiqi potensial böyüməyə mane olan əsas amillər kimi qeyd olunur. Bundan başqa vurğulanır ki, artım yeni iş yerlərinin yaradılmasına xidmət etməklə yanaşı, sosial həyatın bütün sahələrini inkişaf etdirir.

Ölkələr “rəqabətli devalvasiya”ya qarşı da razılığa gəliblər. Razılığa əsasən ölkələr məcburi balanslaşdırılmış mübadilədən əl çəkərək güclü, dayanıqlı və balanslaşdırılmış artıma nail olmaq məqsədi ilə hər bir ölkənin ehtiyaclarının nəzərə alınması öhdəliyini üzərilərinə götürüblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG