Accessibility links

Böyük İyirmiliyin sammiti razılıqla başa çatıb


Dünyanın ən güclü iqtisadiyyatlarını təmsil edən Böyük İyirmilik (G20) ölkələrinin liderləri qarşıdakı 5 ildə infrastruktura investisiya və azad ticarətin genişləndirilməsi ilə qlobal iqtisadiyyatı 2 trilyon dollaradək artıracaqlarına dair planı qəbul edib.

Bu gün başa çatan sammitdə dünya liderləri habelə iqlim dəyişikliyinə qarşı güclü addım atılmasında və Qərbi Afrikada yayılan Ebola virusunun qarşısının alınmasında əməkdaşlığa söz verib.

ABŞ prezidenti Barak Obama deyib ki, G20-nin qəbul etdiyi siyasət qarşıdakı 10 il ərzində qadınlar üçün əlavə 100 milyon iş yerinin açılması ilə nəticələnə bilər.

Avstraliyanın baş naziri Toni Abbott isə bildirib ki, dövlətlərin öhdəliklərin tətbiqinə dair bir-birinə nəzarət etməsi ilə cavabdehliyin daha yaxşı dərk edilməsinə gətirib çıxara bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG