Accessibility links

Dünyanın 20 ən güclü sənayesinə malik ölkənin maliyyə liderləri rəqabət məqsədləri üçün mübadilə tariflərini hədəf almayacaqlarını vəd edib.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard Böyük İyirmilik üzvlərinin Moskvada keçirilən iclasında birgə kommunike əldə edildiyini bildirib. Sənədə görə ölkələr rəqabət yaradacaq devalyuasiyadan əl çəkəcək və bazarlarını açıq saxlayacaq.

İnvestorlar və siyasətçilər narahatdırlar ki, bəzi ölkələr iqtisadi qazanc üçün öz valyutalarını zəiflərməyə çalışması özünə gəlməkdə olan kövrək qlobal iqtisadiyyatı məcrasından çıxara bilər.

Yaponiya öz iqtisadiyyatını stimulyasiya etmək üçün Yenin dəyərini aşağı saxlamaqda ittiham olunur.
XS
SM
MD
LG