Accessibility links

ABŞ prezidenti Barak Obama Rusiyada keçirilən Böyük 20-liyin sammitində ABŞ-ın Suriyaya hücum planına dünya liderlərinin dəstəyini almağa çalışır.

Rusiya prezidenti Vladimir Putin qonaqlar Sankt-Peterburqa gələndən dərhal sonra bəyan edib ki, zirvə görüşünün gündəminə Suriya məsələsi də daxil ediləcək.

Açılış sessiyasında cənab Putin deyib ki, bəzi liderlər ondan xüsusilə Suriya məsələsi daxil olmaqla bəzi beynəlxalq siyasi mövzuları müzakirə etmək üçün görüş istəyib. Prezident Putin isə danışıqların bu gün keçiriləcək işgüzar nahar zamanı aparıla biləcəyini deyib.
XS
SM
MD
LG