Accessibility links

Böyük iyirmiliyin Sidney konfransı başa çatıb


Dünyanlın sənaye baxımından 20 ən böyük ölkəsi ikigünlük Sidney konfransını gələn 5 il ərzində dünya boyu ümüdaxil məhsul istehsalının 2 faiz artırılmasına dair razılıqla başa vurub.

Görüş iştirakçıları qlobal iqtisadi artımın davamlı və balanalaşdırılmış şəkildə yüksəldilməsi səylərinin gücləndiriləcəyinə söz verib.

Konfransdan sonra açıqlanan bəyanatda Beynəlxalq Valyuta Fondunun bazarların gücləndirilməsinə dair islahatlarının ABŞ Konqresi tərəfindən qəbul edilməməsinə görə dərin narahtlıq bildirilib.

G20-ni maliyyə nazirləri və həmin ölkələrin Mərkəzi Banklarının idarə heyətləri təmsil edir.

Dünya əhalisinin üçdə iki hissəsinin daxil olduğu bu qruplaşmanın payına qlobal istehsalın 85 faizi düşür.

Qurumun növbəti yığıncağı noyabr ayında Avstraliyanın Brisban şəhərində təşkil edilməlidir.
XS
SM
MD
LG