Accessibility links

ABŞ prezidenti Barak Obama Böyük Səkkizlərin sammitinə ev sahibliyi edir


Birləşmiş Ştatlar prezidenti Barak Obama Vaşinqton yaxınlığında Kemp-Deyviddəki iqamətgahında Böyük Səkkizlərin iqtisadi sammitinə ev sahibliyi edir.

ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Tom Donilon cümə axşamı müxbirlərlə görüşü zamanı deyib ki, Böyük Səkkizlərlə daxil olan ölkələrin liderləri zirvə görüşündə qlobal neft bazarı, enerji və iqlim dəyişikliyi, Yaxın Şərq və Şimali Afrikada keçid dövrü, habelə avro zonada böhran məsələlərini müzakirə edəcəklərini bildirib.

ABŞ prezidenti Obama ərzaq təhlükəsizliyi məsələsini müzakirə etmək üçün Afrika ölkələrindən Benin, Efiopiya, Qana və Tanzaniyanın liderlərini də sammitə dəvət edib.

Kemp-Deyvidə yola düşməzdən əvvəl cənab Obama Ağ Evdə sammitdə ilk dəfə iştirak edəcək Fransanın yeni prezidenti Fransua Hollandla görüşəcək.

Bu həftə prezidentlik vəzifəsinin başlayan cənab Holland əsas diqqətin avro-zonadakı böhranın aradan qaldırılmasına yönəlməli olduğunu deyib.





XS
SM
MD
LG