Accessibility links

Cənubi Koreyanın elektro-texnika nəgəngi olan Samsung "Galaxy Note-7" telefonlarının təhlükəsizliyindən əmin olmaq üçün istehsal həcmində düzəlişlər edildiyini deyir.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi bu gün adının açıqlanmasını istəməyən Samsung təchizatçılarından birinə istinadən bildirib ki, korporasiya Samsung telefonlarının təhlükəsizliyini tənzim edən Cənubi Koreya, Birləşmiş Ştatlar və Çin şirkətləri ilə birgə istehsal etdiyi "Note-7" telefonlarının istehsalını dayandırıb.

Cənubi Koreyanın texnologiya nəhəngi bu problemlə "Note-7"-nin avqust ayında alovlanmasından sonra üzləşib. Elektron şirkətləri sentyabr ayında "Note-7"dəki batareyalarında nöqsan olduğu üçün 2.5 milyon telefon geri çağırıldığını təsdiq etsə də, media xəbərlərində təmir edilən telefonların da yenidən alışdığı bildirilib.

Keçən həftə Southwest Airlines şirkətinin təyyarəsində "Note-7" tüstülənməyə başladığı üçün bütün sərnişinlər evakuasiya edilmişdi.

XS
SM
MD
LG