Accessibility links

“Təbriz zindanında nəzarət altında saxlanılan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni və qurumun mərkəzi komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə Təbriz məhkəməsi tərəfindən doqquz il həbs cəzası alıblar,”-deyə xəbər saytları bildirib.

Məlumata əsasən, Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinin hakimi cənab Purbağır “qeyri-qanuni qruplaşmalar təşkil etmək” ittihamı ilə Yeni GAMOH liderlərinin hər birini səkkiz il, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə isə bir il müddətinə həbs cəzasına məhkum edib.

Azərbaycan veb səhifələrinin yazdığına görə, Şərqi Azərbaycan vilayətinin Ettelaat idarəsi və Təbriz məhkəməsinin prokuroru Həsən Haşımzadə məhkəmədən bu beş fəala ən ağır cəzanın tətbiq edilməsini tələb etmişlər.

Ötən ili dekabr, yanvar və fevral aylarında Ettelaat məmurları tərəfindən nəzarət altına alınan Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə Təbriz təhlükəsizlik həbsxanasında sorğu-suala çəkildikdən sonra bu şəhərin mərkəzi zindanına aparılıblar.

İnsan haqları müdafiəçilərinə istinadən, hər beş fəal ötən illərdə həbs edildikləri zaman Ettelaatda fiziki və psixoloji işgəncələr altında sorğu-sual edilmişdilər.
XS
SM
MD
LG