Accessibility links

Bazar günü ABŞ-ın Las-Veqas şəhərində keçirilən 56-cı ənənəvi "Grammy" müsabiqəsində ilin albomu və səs yazısı da daxil edilməklə, dörd mükafata Fransanın "Daft Punk" dueti layiq görülüb. Robot maskaları ilə çıxış edən duet özü ilə vətənə "Random Access Memories" kolleksiyasının ən yaxşı elektron rəqsi mükafatını aparıb. Duet eləcə də, ən yaxşı pop-duet kimi Farell Uilyams və Neyl Rocersin "Get Lucky" mahnısının ən yaxşı ifaçısı mükafatını qazanıb.

Yeni Zenlandiyadan 17 yaşlı Lord şair Coel Litlla birlikdə yazdığı "Royals" mahnısına və ən yaxşı solo-ifasına görə Grammy mükafatına layiq görülüb.

Repperlər Maklemor və Rayan Luiz "Heist" rep-albomuna və müğənni R və B ifa etdiyi "Thrift Shop" repinə görə, Sietldan olan duet isə homoseksualların hüquqlarını müdafiə edən "Same Love" mahnısına görə Grammy mükafatı alıb.

Birləşmiş Ştatlara ilk turunun 50 illiyini qeyd edən əfsanəvi "Beatles" qrupunun sağ qalan iki üzvü - Pol Makkartni və Rinqo Star da səhnəyə çıxıb.
XS
SM
MD
LG