Accessibility links

Yunanıstan Fələstin tərəfdarı fəalların kiçik gəmisini saxlayıb

  • Amerikanın səsi

Yunanıstan Fələstin tərəfdarı fəalların kiçik gəmisini saxlayıb

Yunanıstan Fələstin tərəfdarı fəalların kiçik gəmisini saxlayıb

Yunanıstanın sahil mühafizəçiləri Fələstin tərəfdarı fəalların kiçik gəmisini saxlayıb. Rəsmilər al-Karama qayığının Krit adası yaxınlığında yanacaq dolduran zaman saxlandığını və yaxın limanlarda birinə aparıldığını bildirib. Fransanın kiçik gəmisində 10 fəal olub. Fəallar İsrailin suda blokadasına rağmən Yunanıstandan Qəzzaya 10 gəmi göndərməyi planlaşdırır. Lakin Yunanıstan gəmilərin Qəzzaya yollanmasına icazə vermir. Yunanıstan rəsmiləri keçən il İsrail komandoslarının əməliyyatı zamanı 9 fəalın ölümündən sonra fəalların təhlükəsizliyinə görə narahat olduqlarını bildirir. İsrail blokadanın 2007-ci ildə Həmas yaraqlılarının Qəzzada silah ələ keçirməsinin qarşısını almaq üçün tətbiq edildiyini bildirir.



XS
SM
MD
LG