Accessibility links

Fələstin fermerlərinə badam ağacları paylanır [Video]


Beynəlxalq Qirmizi Xaç Komitəsi Qəzzanın İsraillə sərhəd bölgələrində müharibə səbəbindən torpaqları talan edilən fələstinli fermerlərə minlərlə badam ağacı paylamağa başlayıb.

Qırmızı Xaş Komitəsi fermerlərə ağacları İsraillə müharibədə dağılan bağlarını bərpa etmək məqsədilə verir. “Biz 5 müxtəlif növ, 4000 badam aşacını bu ərazidəki fermerlərə veririk” deyə, təşkilatdan Mamadu Sou bildirir.

50 il əvvəl Fələstinin kənd təsərrüfatı ölkə gəlirlərin yarısını təşkil edirdi. On illərlə gedən müharibədən sonra, hazırda bu 5 faizə yaxınını təşkil edir. Davamlı atışmalara görə çox hissəsi İsraillə sərhəddə yerləşən torpaqlardan istifadə etmək mümkün deyil. Buna baxmayaraq bəzi fermerlər riskə getmək istədiklərini deyir.

Fələstinli fermer Mərvin Əbu Mərrib: “Biz İsrail sərhədinin 700-800 metrliyindəyik. Hərbi patrullar sərhəd boyunca hərəkət edir və biz təhlükəsilzik qüllələrindən atəş səslərini eşidirik. Onlar təlimlər keçdikləri üçün atəş açır və biz bunu hər gün eşidirik. Həyatımız təhlükədə olsa da, biz torpaqlarımızı becəririk.”

Qəzzanın məhsulu əsasən çiyələk, gül, tərəvəz və balıqdır. İsrail sahil zolağını blokadaya aldığı üçün kənd təsərrüfatı məhsulları az və qeyri-müntəzəm olaraq, Kərəm Şalom keçidindən daşınır. Fələstin torpaqlarındakı partlayışlardan sonra buralarda heç nə yetişdirilib satılmayıb və borclar getdikcə artıb.

Qırmızı Xaç Təşkilatının hədiyyə etdiyi badam ağacları Qəzzanın kənd təsərrüfatına müəyyən qədər yardım edəcək. Mamadu Sou: “Bu, fermerlərə badam ağacları verilməsinə dair bir layihədir. Onların çoxu ağaclarını müharibə səbəbindən itirib.”

Fermerləri yeni ağacların İsrailin yarpaqların çürüməsi üçün istifadə etdiyi tozlandırma maddələrinin məhv edəcəyi qorxudur. İsrail sərhədyanı bölgələrdə ağacları və kolları onlardan gizlənmək üçün istifadə edilməsin deyə qurudur. Qırmızı Xaç isə İsraillə bu haqda müzakirə aparıldığını bildirib.

Həmasın nəzarətindəki Qəzza sərhədləri silah və sursat daşınmamaq üçün İsrail və Misir tərəfindən güclü qorunur.

XS
SM
MD
LG