Accessibility links

Qəzzada 100 mindən çox fələstinli islamçı Həmas təşkilatının yaradılmasının 25 illiyini qeyd etmək üçün mitinqə toplaşıb.

Həmasın uzun müddətdir sürgündə olan lideri Xaled Maşal toplaşanlar qarşısında çıxış edib. O bu yaxınlarda İsraillə səkkiz gün sürən qarşıdurma zamanı fələstinliləri göstərdikləri müqavimətə görə təbrik edib.

Həmasın 25 illiyinin qeyd edilməsi münasibətilə təntənələrdə bir sıra ölkələrin nümayəndə heyətləri də iştirak edib.

Maşal Qəzzaya ilk dəfə cümə günü Misir ərazisindən keçərək səfər edib. O, tərəfdarları, habelə Qəzzada Fələstin hökumərinin baş naziri İsmayıl Həniyə tərəfindən qarşılanıb.

Həmasın yubileyi İsrail və Qəzza arasında son illərdə ən ciddi qarşıdurmanın Misirin vasitəçiliyi ilə iki həftə bundan əvvəl sona çatıdırılmasından sonra qeyd edilir.
XS
SM
MD
LG