Accessibility links

Həmasın yüksək rütbəli komandirləri öldürülüb [Fotoqalereya]


Həmasın dediyinə görə, İsrailin Qəzza zolağının cənub bölgəsini hava hücumuna məruz qoyması üç yüksək səviyyəli komandirin ölümünə səbəb olub.

Rəsmilər isə İsrailin bu gün səhər tezdən Rəfah şəhərində həyata keçirdiyi bomba hücumu zamanı dördmərtəbəli binanın xəsarət aldığını, azı 5 nəfərin öldüyünü bildirib.

İsrail ordusunun sözçüsü iki komandirin Məhəmməd Əbu Şamal və Raid Əl- Əttarın ölümü ilə bağlı xəbəri təsdiq edib və deyib ki, həmin şəxslərin 2006-cı ildə Gilad Şalid və digər əsgərlərin oğurlanmasında və İsrailə qarşı həyata keçirilən terror hücumlarında əli olub.

Dünən də İsrail ordusu 90-dan artıq mövqeni hədəf alıb. Hücumlar zamanı Həmasın hərbi komandiri Məhəmməd Deif yaralanıb. Onun 27 yaşlı həyat yoldaşı və 7 aylıq oğlu həlak olub.

İsrailin daxili işlər naziri Qideon Saar Deifi “köhnə qatil” adlandıraraq, öldürülməyənədək onun hədəf alınmasına son qoyulmayacağını deyib.

İsrail Həmasın atəşkəsin pozulmasından sonra ərazilərinə 130-dan artıq raket atdığını bildirib.

Onların 94-ü İsrailin cənub və mərkəz bölgələrinə düşüb. 24-ü isə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Hücumlar zamanı tələfat qeydə alınmayıb.

XS
SM
MD
LG