Accessibility links

İsraillə Həmas arasında 72 saatlıq atəşkəs razılığı qüvvəyə minib


Münaqişəyə son qoyulması yolunda səylərin davam etdiyi bir vaxt, İsraillə Həmas arasında 72 saatlıq atəşkəs razılığı bu gün səhər tezdən qüvvəyə minib. Yerli vaxtla səhər saat 8-də qüvvəyə minən razılıqdan az əvvəl İsrail özünün yerdə qalan qüvvələrini geri çəkəcəyini elan edib.

Bu gün müxbirlərlə görüşən hərbi sözçü Piter Lerner deyib ki, əsgərlər Qəzzadan kənarda müdafiə mövqelərində yerləşdiriləcək və bu mövqelərdə qalacaq.

İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, Həmasın sərhədyanı bölgələrə hücum etmək üçün istifadə etdiyi 32 tuneldən axırıncısı məhv edilib.

İsrailin ordusunu geri çəkməsi Həmasın əsas tələblərindən biri idi. Misir və İsrail rəsmiləri ilə danışıqlar aparmaq üçün Həmasın nümayəndə heyəti yaxın günlərdə Qahirəyə yola düşməlidir.

XS
SM
MD
LG