Accessibility links

Həmas lideri İsraili tanımayacağına söz verib


Həmas lideri Xaled Maşal İsrailə heç bir vaxt ərazi məsələsində güzəştə getməyəcəyini və yəhudi dövlətini tanımayacağına söz verib. Maşal bunları Qəzzada Həmasın 25 illiyi münasibətilə mitinqdə çıxışı zamanı deyib.

100 mindən artıq insan qarşısında danışan Maşal deyib ki, Aralıq dənizindən İordan çayına qədər uzanan Fələstin fələstinlilərə məxsusdur. Xaled Maşal bu torpağın müsəlman və ərəb torpağı kimi qalacağını əlavə edib.


Həmas lideri bildirib ki, silahlı müqavimət fələstinlilərin öz hüquqlarını bərpasının yeganə yoludur. Mitinqə gələn Həmas tərəfdarları əllərində təşkilatın bayraqlarını dalğalandırmış, şüarlar bağırmışlar. Qəzzaya ilk dəfə səfər edən Maşalın çıxışı bir çoxları tərəfindən tarixi nitq kimi dəyərləndirilib.

Xaled Maşal 1956-cı ildə İordan çayını Qərb sahilində anadan olub. Onun ailəsi 1967-cı ildə İsrail və ərəblər arasında Altı günlük müharibə adlanan hərbi münaqişə zamanı ərazini tərk etmişdi.Maşal 2004-cü ildə Həmas liderinə qarşı sui-qəsddən sonra təşkilatın yarı-hərbi qüvvələri və siyasi orqanına rəhbərlik etməyə başlamışdır.
XS
SM
MD
LG