Accessibility links

Gədəbəydə qızıl emalı zavodu tikilir


Gədəbəy Qızıl mədəni
Gədəbəy Qızıl mədəni

Zavodun tikintisi 60 mln dollara başa gələcək

Azərbaycan Beynəlxalq Bankı (ABB) Anglo Asian Mining PLC qızıl hasilatı şirkətinə Gədəbəydə qızıl emalı zavodu tikintisinin birinci mərhələsi üçün $10,5 mln kredit ayırmağa razı olub. Zavodun tikintisi 60 mln dollara başa gələcək.

2013-cü ilin I yarısında istismara veriləcəyi gözlənilən zavod “Gedabek Anglo Asian” mədənində süxurdan qızıl alınması dərəcəsini yaxşılaşdırmalıdır.

Yeni zavodun tikintisi və filizin zənginləşdirilməsi üçün tikinti materialları gətirilir. Əsaslı xərcləri $52 mln olan zavodun saatda 100 ton filizi saflaşdıracağı, ilkin olaraq 85% və 69% oksid və sulfid materialına ayıracağı gözlənilir.

ABB 18 may 2012-ci ildə şirkətə $7,5 mln kredit verib. Bunun $5,9 mln-u xərclənib. Bundan başqa, ABB qalan $42 mln-u təsdiq prosedurundan sonra ayıracağını bildirib.
Sazişin şərtlərinə əsasən, kredit 36 aya, illik 12%-lə, hər rüb ödəmə şərti ilə verilir. Bu müddətdə kredit ödəniləcəyi təqdirdə faiz dərəcəsi azaldılacaq. Kreditin vaxtından əvvəl ödənilməsinə görə cərimə yoxdur.

Azərbaycanın Mərkəzi Bankda saxlanılan qızıl ehtiyatlarının ümumi həcmi 21413,4 Troya unsiyasına (666 kq, bazar qiyməti $37,9 mln) çatıb.

Maliyyə Nazirliyinin məlumatına görə, çərşənbə günü Azərbaycan Mərkəzi Bankına 999,9 əyarlı 4900,0 Troya unsiyası (152,4 kq) qızıl verilib.

Qızıl Gədəbəy yatağında çıxarılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG