Accessibility links

İtalyan-amerikalının məşhur gelatosu [Video]


İtalyan-amerikalının məşhur gelatosu
please wait

No media source currently available

0:00 0:02:35 0:00

İtalyan-amerikalının məşhur gelatosu

Cianluici Delaccio Delaccio 2017-ci ilin sentyabrında Dünyanın ən Yaxşı Gelatosu adı uğrunda yarışacaq.

İtaliyalı mühacir italyansayağı gelato dondurmasına olan sevgisini Birləşmiş Ştatlara gətirərək, burada beynəlxalq dondurulmuş süd kremi çempionatında iştirak edib.

“Mən 20 il öncə gelato hazırlamağa başladım…. Çünki gelato insanı xoşbəxt edir,” dey' Delaccio bildirir.

Bir məqsədə çatdığında, önünə yeni bir məqsəd qoymalısan ki, irəli gedəsən, çünki bir məqsədə çatıb dayansan, elə o günü çökməyə başlayacaqsan.
Cianluici Delaccio

Cianluici Delaccio Amerikaya şirniyə düşkülüyü, bir skuteri və bir xəyalla gəlmişdi…

“6 yaşım olanda mən bir qəzaya uğradım və nəticədə elə bir vəziyyətə düşdüm ki, skolyozuma kömək etmək üçün üzgüçülüyə başladım," Delaccio deyir.

On il sonra su polosu üzrə məşqçinin onu aşkar etməsi sayəsində Dellaccio uşaqların milli çempionatında qol vuraraq çempionatda qalib gəlib və daha sonra İtaliyanın milli komandasına qoşulub.

“İdmana sərf etdiyim bütün güc və fədakarlığı indi öz həyatıma sərf etməyə qərar verdim," deyə o bildirir.

İlk öncə o, Almaniyaya getdi və gelato biznesini oradakı ailədən öyrəndi.

Delaccio gelato sənətinə Milanda yiyələndi. Orada o uşaq həbsxanasında gelato hazırlamaq kursları keçirdi . Bu, onun gələcəyini formalaşdıracaq gelato hazırlayan avadanlıqlardan ilk istifadə şansı idi.

gelato
gelato

Delaccio deyir ki, “mənim xəyalım hər zaman burada Amerikada gelato mağazası açmaq olub və 2006-cı ildə mən bu xəyalı Dolci Gelati ilə gerçəkləşdirdim.”

Amma Dolci-yə aparan yol asan deyildi. Delaccionun ABŞ-da qanuni olaraq işləməsinə icazə verən green card, yəni “yaşıl kard”ı almağı altı il çəkdi. Onun Amerika xəyalı heç də gözlədiyi kimi deyildi.

“Çox çətin idi, çünki bəzi günlər özümü yalnız və kədərli hiss edirdim, ev üçün darıxırdım. Ancaq elə o günlər mənim güc toplamağıma yardım etdi,” deyə o bildirir.

Elə ona görə də Delaccio yaxşı bildiyi işi etməyə başladı: yəni İtalya skuterinin arxasında gelato satmağa.

O deyir ki, “Vespanın arxasında içində nümunələr olan soyuducum var idi. Onları aşpazların dadmaları üçün müxtəlif restoranlara aparırdım.”

Mən 20 il öncə gelato hazırlamağa başladım…. Çünki gelato insanı xoşbəxt edir.
Delaccio

Onun birbaşa marketinqi nəticə verdi . 10 il keçdi və indi Delaccionun Vaşinqton ərazisində 2 mağazası var.

O, yerli mallar alır. Şirkətin 18 daimi işçisi ilə yanaşı, bütün istehsal prosesində işləyən saysız-hesabsız podratçıları var.

Onun hətta Beysbol Liqasınının parkında da stendi var.

“Bir məqsədə çatdığında, önünə yeni bir məqsəd qoymalısan ki, irəli gedəsən, çünki bir məqsədə çatıb dayansan, elə o günü çökməyə başlayacaqsan,” deyə o bildirir.

Delaccio bu yaxınlarda Çikaqoda keçirilən Gelato Dünya Turunda finalçı olub. O 2017-ci ilin sentyabrında Dünyanın ən Yaxşı Gelatosu adı uğrunda yarışacaq.

Bunlar hamısı şirin bir xəyalın uzun illər tələb edən ağır əziyyətdən sonra həyata keçməsinin, gülər üzün və kiçik bir skuterin nəticəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG