Accessibility links

Gənc amerikalı müsəlmanların üzləşdiyi çətinliklər [Video]


Birləşmiş Ştatlardakı gənc müsəlmanlar ölkədə geniş yayılmış anti-müsəlman ritorikası və müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulmasına dair çağırışlardan narahatdır. Vaşinqtonda Amerikanın Səsinin təşkil etdiyi müzakirələr zamanı dörd gənc müsəlman ABŞ-da üzləşdirkləri çətinliklərdən danışıb.

Hər dəfə müsəlman nə isə edəndə bu xəbər bütün media vasitələri tərəfindən işıqlandırılır, bütün diqqət ona verilir. Amma qərbli bir şey edəndə, eyni təsir olmur.

Birləşmiş Ştatlarda təxminən 3,3 milyon müsəlman yaşayır. Bu isə ümumi əhalinin 1 faizini təşkil edir. Bu rəqəmin qarşıdan gələn 30-40 il ərzində ikiqat artacağı gözlənilir. 2040-ci ilə isə müsəlmanların Birləşmiş Ştatlardakı ikinci ən böyük dini qrup olacağı ehtimal olunur.

Gənc müsəlmanlar homogen qrup olmadıqlarını bildirir. Sent Luis şəhərində yaşayan Oya Roz Aktaş deyir ki, onun anası amerikalı xristian, atası isə türk müsəlmandır.

“Çox vaxt insanlar müsəlman icmasını mötədil və mühafizəkar müsəlmanlara bölmək istəyir, amma müsəlamnlar arasında böyük müxtəliflik var. Və məncə bu da ABŞ-da İslamla bağlı müzakirələrdə nəzərdən qaçırılan nüanslardandır,” deyə o bildirib.

Gənc müsəlmanlar bəzən bir neçə kimliyə malik olduqlarını deyir.

Gənc müsəlman amerikalılar

Gənc müsəlman amerikalılar

“Bu, mübarizədir. Müsəlman, amerikalı müsəlman, somalili, qaradərili və gənc kimi bizim bir çox kimliyimiz var. Bu, mübarizə asan deyil, amma xoşbəxtlikdən mən burada anadan olmuşam və bu mənim həyatım boyu davam edən bir prosesdir. Ancaq, mənim valideyinlərim kimi bu, mühacirlər üçün çətin prosesdir, çünki onlar öz ölkələrində çoxluq təşkil edirdi, indi isə burada azlıqdırlar,” deyə Dalles Müsəlman İcmasının üzvü Məhəmməd Hüseyn bildirib.

Müzakirə iştirakçıları Amerikada yaşayan müsəlmanların həyata keçirdiyi cinayətlərin media tərəfindən qeyri-mütənasib işıqlandırıldığını deyib.

“Mənə elə gəlir ki, hər dəfə müsəlman nə isə edəndə bu xəbər bütün media vasitələri tərəfindən işıqlandırılır, bütün diqqət ona verilir. Amma qərbli bir şey edəndə, eyni təsir olmur,” deyə Mürsəl Məhəmməd bildirib.

Biz diqqəti gənclərə yönəltməliyik, onları məscidlərə müsəlmanların təşkil etiyi tədbirlərə aparmalıyıq və insanlarla ünsiyyət qurmalarını təmin etməliyik.

İraqda dünyaya gələn Osman Əltalıb deyib ki, amerikalı müsəlmanların həyata keçirdiyi cinayətlər digər qruplarla müqayisədə daha azdır. Onun dediyinə görə, gənclərin kompyuter önündə uzun zaman keçirmələsi radikallaşma ehtimalını artırır.

“Fikrimcə, biz diqqəti gənclərə yönəltməliyik, onları məscidlərə müsəlmanların təşkil etiyi tədbirlərə aparmalıyıq və insanlarla ünsiyyət qurmalarını təmin etməliyik.”

Yeni nəsil Amerika müsəlmanları İslamda radikallaşma ilə bağlı geniş yayılmış müzakirələrdən narahatdır. Onlar diqqəti gənclərin gələcəklə bağlı ümidləri və planlarını ifadə etməyə təşviq etməyə yönəltmək istəyir.

XS
SM
MD
LG