Accessibility links

Dünya əhalisinin 1.8 milyardı gənclərdən ibarətdir


BMT-nin Əhali Fondunun hesabatında yoxsul ölkələrdə gənclərə investisiya qoyulması ilə inkişaflara nail oluna biləcəyi vurğulanır

BMT-nin Əhali Fondunun son hesabatında yoxsul ölkələrdə gənclərə investisiya qoyulması ilə inkişaflara nail oluna biləcəyi vurğulanır. Çox hallarda gənclərə məhəl qoyulmur.

Dünya əhalisi hesabatında bildirilir ki, gənc nəslin təhsilinə, seksual və reproduktiv sağlamlığına və peşələrə yiyələnməsinə diqqət yetirilsə, ölkələr böyük imtiyaz əldə etmiş olar.

Dünya əhalisinin 1.8 milyardını 10-la 24 yaş arasında gənclər təşkil edir. Hesabatda hökumətlərin yardımı və onları iş yerləri ilə təmin etməsi ilə gənclərin milyonlarla insanı yoxsulluqdan xilas edə biləcəyi deyilir.

Əhali fondunun direktoru Alanna Armitajın dediyinə görə, 1960-cı illərdə Şərqi Asiya ölkələrinin bəziləri gənclərə yatırımlar etmişdi. Ailə planlaşdırılması ilə insanlar daha gec ailə qurub, daha az uşağa sahib olub.

O, gəclərə qoyulan investisiyanın böyük imtiyazlara yol açdığını deyir. Onlar Ümumdaxil Məhsul İstehsalında 6 faiz artım əldə edilməsinə və adambaşına gəlirlərin 4 dəfə artırılmasına yardım edib.

“Əgər Böyük Səhraaltı ölkələr bu təcrübədən istidafə etsə, gələn 30 il ərzində iqtisadiyyatlarına illik 500 milyon dollarlıq gəlir əlavə edərlər.”

Əhali fondunun direktoru Alanna Armitahın dediyinə görə, bəzi hökumətlər gələcəkləri üçün zəruri olan ölçülətə əl atmaqdan imtina edir.

1.8 milyardlıq gənclərin hər 10-dan 9-u təhsil, səhiyyə və münaqişəsiz həyatdan məhrumdur.

“Təxminlərə görə, hər il 120 milyon uşaq əmək istismarına məruz qalır. Hər 5 gəncdən 2-si işsizdir. Hər gün daha artıq insan ayrı-seçkilik, qeyri-bərabərlik divarı ilə üzləşir. Qızlar imkanlardan məhrum edilir, kişilərlə müqayisədə daha artıq maneələrlə üzləşir.”

BMT-nin Əhali Fondunun son hesabatında gənclərin investisiyası sahəsi üçün konkret tövsiyələr irəli sürülür.

XS
SM
MD
LG