Accessibility links

Bayram Məmmədov ombudsmanın bəyanatına etiraz olaraq aclığa başlayıb


Mayın 20-də Xətai rayon Məhkəməsi Qiyas İbrahimov və Bayram Məmmədovun barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin etməyib. Prosesə hakim Bəxtiyar Məmmədov sədrlik edib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkil məhkəmənin qərarını əsassız hesab edir və apellyasiya şikayəti verəcək.

“Əgər Apellyasiya Məhkəməsi şikayətimizi təmin etməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, o qeyd edib.

Əgər Apellyasiya Məhkəməsi şikayətimizi təmin etməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.

Vəkil Bayram Məmmədovun mayın 19-dan aclıq aksiyasına başladığını bildirib.

“O, dünəndən Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb”, Sadıqov qeyd edib.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını bildirirlər.

Xəbəri Ombudsman Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirildiyi bildirilir.

Məlumatda deyilir ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman). 2007-ci ildə prezident İlham Əliyev tərəfindən"Şöhrət" ordeni ilə təltif edilib.
Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman). 2007-ci ildə prezident İlham Əliyev tərəfindən"Şöhrət" ordeni ilə təltif edilib.

Məlumatda o da qeyd olunur ki, B.Məmmədov və Q.İbrahimov Bakı istintaq təcridxanasında saxlanılma şəraitindən razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkillər gənclərin tutulan zaman qeyri-insani rəftar və işgəncələrə məruz qaldığını bildirib. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları fəalların həbsini qanunsuz adlandırıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Vəkillər gənclərin tutulan zaman qeyri-insani rəftar və işgəncələrə məruz qaldığını bildirib. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları fəalların həbsini qanunsuz adlandırıb.

Gənclər ittihamı qəbul etmir və məruz qaldıqları işgəncələrə hüquqi qiymət verilməsini istəyir.

Azərbaycanda artıq 14 ildir Ombudsman Aparatı fəaliyyət göstərir. Bu müddətdə bu qurum heç vaxt ölkədə işgəncə hallarının olması ilə bağlı açıqlama verməyib. Bəzi ekspertlər bunu Azərbaycanda Ombudsman Aparatının insan hüquqlarından çox, hüquq-mühafizə orqanlarını qorumağa üstünlük verməsi kimi izah edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG