Accessibility links

ABŞ-da gənc seçicilər prezidentliyə namizədləri qəbul etmir [Video]


Rəy sorğularının nəticələri göstərir ki, əksər amerikalılar bu seçki ilində heç bir namizədə səs verməyəcəklərini düşünür. Bu, əsasən də gənc seçicilərə aiddir. Daha gənc və irqi baxımdan daha müxtəlif seçicilər ümumi seçkidə iştirak etməkdən uzaq durur.

Səs verməyənlər daha çox gənc olurlar, maddi baxımdan çətinlik çəkirlər və azlıqları təmsil edirlər. Səs verənlər isə daha yaşlı, ağdərili və maddi cəhətdən təmin olunmuş insanlar olur.

Onlar gənc və müxtəlifdir və günün əsas siyasi məsələlərini müzakirə edirlər. Amma bu sinfidəki tələbələrin çoxu noyabrda keçiriləcək seçikilərdə yeni prezidentə səs verməyəcəklərini deyir.

“Mənim başım qarışıqdır- səs verim, yoxsa verməyim?”

Bu sinfidəki tələbələr bütün ölkədə seçkidə iştirak etməyəcək digər insanları xatırladır. Amma tələbər seçkidə iştirak etməyənlərin siyasi proseslə maraqlanmadıqlarına dair stereotipləri rədd edir.

“Biz prosesdən xəbərsizik, amma səbəb onunıa maraqlanmamağımız deyil.”

Bu tələbələr kimi ötən seçkilərdə səs verməyənlər də daha çox gənclər, əksərən 30 yaşından aşağı adamlar idi.

“Səs verməyənlər daha çox gənc olurlar, maddi baxımdan çətinlik çəkirlər və azlıqları təmsil edirlər. Səs verənlər isə daha yaşlı, ağdərili və maddi cəhətdən təmin olunmuş insanlar olur.”

Prezidentliyə demokrat namizəd Hillari Klinton

Prezidentliyə demokrat namizəd Hillari Klinton

Karol Doerti son iki seçkilərdə səs verməni müşahidə edib və deyir ki, səs verənlərlə səs verməyənlər arasındakı maddi uçurum nəzərə çarpandır.

"Səs verməyənlərin təkcə yarısı kredit kartlarının olduğunu deyib. Bu isə onların ümumi maddi durumu ilə əlaqədardır – onların çoxu universtet oxumayıb və daha az gəlirləri var.”

Bu cür insanlar üçün seçkilərin nəticələri böyük rol oynaya bilər.

Amma azlıq qruplara aid insanlar, əsasən də latinolar səs vermə məntəqələrindən uzaq durur.

Onun [Klintonun] azlıqlardan səs toplamağa çalışmaq şəkli onun baxımından çox utancvericidir. Başa düşürəm ki, o özünü insanların yerinə qoymaq istəyir, amma o insanların çəkdiklərini yaşamadan bunu etmək çox çətindir.

Loren Reyes bu il seçkidə iştirak etməyəcək insanlardandır. O, demokratar tərəfindən öndə gedən Hillari Klintondan yorulduğunu deyir.

“Onun azlıqlardan səs toplamağa çalışmaq şəkli onun baxımından çox utancvericidir. Başa düşürəm ki, o özünü insanların yerinə qoymaq istəyir, amma o insanların çəkdiklərini yaşamadan bunu etmək çox çətindir.”

Reyesin sinif yoldaşlarının çoxu özlərinə yaxın olan bir namizədə səs vermək istədiklərini amma belə bir seçimlərinin olmadığını deyir.

“İstərdim ki, zər atıb yeni namizədlər seçə bilək, çünki bunlar dəlidir.”

Bir tək belə düşünən Kodi deyil. NBC ilə Washingtın Postun birgə apardığı sorğunun nəticələri göstəriri ki, hər 10 seçicidən altısı heç bir namizədi dəstəkləmir. Ona görə də, onlar bu namizədlər arasında bir seçim etmək istəmir.

“Mən seçkidə iştirak etmək istəyirəm, amma əgər kimisə ürəkdən dəstəkləmirəmsə, o zaman səs verə bilmərəm.”

XS
SM
MD
LG