Accessibility links

Saxlanan fəallarla bağlı məlumat verilmir


Ülvi Həsənli və Kənan Qasımlı
Ülvi Həsənli və Kənan Qasımlı

Gənc fəallar Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı dünən saxlanıb

Hüquq-mühafizə orqanları üç gənc fəal Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlının saxlanmasının səbəblərini hələ açıqlamır.

Onlar ötən gün Bakı metropoliteninin Polis İdarəsi tərəfindən saxlanılıb. Dünən axşam ssatlarında gənclər metropolitenin polis idarəsindən aparılıb və hazırki anadək onların saxlandığı yer barədə məlumat verilmir.

Nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq gənclərin saxlanmasının səbəbləri barədə rəsmi məlumat vermir. .

Vəkil Əsabəli Mustafayev dünəndən fəalların saxlandığı yeri öyrənə bilmir.
Dünən saxlanan, lakin sonradan azad buraxılan NİDA fəalı Emil Bağırov bildirib ki, gənclərin saxlanmasına bir neçə gün öncə metroya vərəqələrin yapışdırılması səbəb olub.

Ü.Həsənli “Azad Gənclik” hərəkatının rsədridir, M.Mərcanlı bu təşkilatın üzvüdür. Onların hər ikisi Milli Şuranın da üzvləridir. K.Qasımlı NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvüdür.

N!DA Hərkatının bəyanatında deyilir ki, fəallar Kənan Qasımlı, Məcid Mərcanlı və Ülvi Həsənli polis tərəfindən girov götürülüb və hərəkat onların dərhal azadlığa buraxılmasını tələb edir.

“N!DA fəallarının girov götürülməsi prosesi bu ilin martından gedir ki, bu da Azərbaycan hakimiyyətinin fəal gənclərə qarşı repressiyasıdır. Son saxlama həmin repressiyaların növbəti dalğasıdır”, sənəddə deyilir.

“Prezident seçkiləri ərəfəsində bu cür addımlar onsuz da Azərbaycanın mənfi olan imicinə növbəti zərbəni vurur”, N!DA qeyd edir.

Sənəddə repressiyalara son qoyulması, bütün saxlanılanların və həbsdə olan gənc fəalların azadlığa buraxılması tələb olunur
XS
SM
MD
LG