Accessibility links

Fəallar inzibati qaydanı pozmaqda günahlandırılır

Demokratik Qüvvələrin Milli Şurası iyulun 14-də Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli, eyni təşkilatın İdarə Heyətinin başqa bir üzvü Məcid Mərcanlı və “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlının həbsini gənclərə qarşı aparılan repressiyanın tərkib hissəsi sayır.

Milli Şuranın bu gün yaydığı bəyanatda deyilir ki, “NİDA”çı gənclərin həbsi ilə başlayan bu repressiv siyasətin davamı narahatlıq doğurur.

“Ölkənin seçki prosesinə qədəm qoymağa hazırlaşdığı bir zamanda baş verən hadisələr seçkinin antidemokratik ab-havada keçəcəyinə daha bir işarədir”.

Milli Şura gənclərin qondarma ittihamlarla həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, siyasi aktivliyin qarşısını almaq cəhdi kimi dəyərləndirir.

“Milli Şura Azərbaycan hakimiyyətinin siyasi opponentlərinə və müstəqil mövqedən çıxış edən gənclərə qarşı qanunsuz əməllərini pisləyir və siyasi motivlərlə həbsə atılanların dərhal azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir”, bəyanatda qeyd edilir.

Daqxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı barəsində inzibati qaydada protokol tərtib edilib. Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (Polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ittiham olunur.

Gənclər Bakı metropoliteninin Polis İdarəsi tərəfindən saxlanılıb.
XS
SM
MD
LG