Accessibility links

Gənc fəalların məhkəməsi noyabrın 14-nə təyin edilib


Gənc fəallarrın məhkəməsi
Gənc fəallarrın məhkəməsi

Məhkəmə vəkillərin vəsatətlərini təmin etməyib. Məhkəmə qarşısına 8 gənc fəal çıxarılıb

Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının 7 fəalının və “Azad Gənclik” Təşkilatının fəalı İlkin Rüstəmzadənin məhkəməsi üzrə hazırlıq iclası keçirilib.

Onlar bu il martın 10-da Bakıda “Əsgər ölümünə son” şüarı ilə keçirilə etiraz aksiyası ərəfəsində kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilərək həbs edilib.

Gənc fəallarrın məhkəməsi
Gənc fəallarrın məhkəməsi
İlk olaraq gənc fəallar qanunsuz silah və narkotik saxlamaqda günahlandırılıb. Bu ittihamlarla mart-aprel aylarında NİDA fəalları Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbs edilib. Mayda isə “Azad Gənclik” Təşkilatının fəalı İlkin Rüstəmzadə xuliqanlıqda ittiham edilərək həbs olunub.

Hazırlıq iclasında vəkillər cinayət işinə xitam verilməsi və gənclərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıb.

Vəkillər deyiblər ki, kütləvi iğtişaşlara hazırlıq ittihamı özünü doğrultmur. Ona görə ki, əsgər Seymur Allahverdiyevin ölümü yalnız martın 1-də baş verib və martın 10-da etiraz aksiyası keçirmək barədə qərara verilib. Belə olan halda kütləvi iğtişaşlara necə hazırlaşmaq olardı?, vəkillər məhkəmədən sual edib.

Gənc fəallarrın məhkəməsi
Gənc fəallarrın məhkəməsi
Eyni zamanda Novruzlu, Quliyev və Əzizovla bağlı aparılan axtarışlar zamanı prosessual normaların pozuntuları qeydə alınıb. Axtarışın nəticəsində tərtib edilmiş protokollarda guya “Molotov kokteyli” olan yandırıcı maye doldurulmuş butulkalar tapıldığı qeyd edilib Sonradan istintaq materialların axtarış protokolunda qeyd edilmədiyi halda iki ədəd partlayıcı maddə doldurulmuş butulkanın tapıldığı əlavə edilib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, “Molotov kokteyli” yandırıcı maddə olduğu halda ittiham Cinayət Məcəlləsinin 228-ci maddəsi (partlayıcı maddə) ilə irəli sürülüb. İstintaq ittihamın doğru olduğunu sübut etmək üçün saxtakarlıq edərək iş materiallarına partlayıcı maddə doldurulmuş butulkalar tapıldığını əlavə edib.

Məhkəmə baxışı noyabrın 14-də saat 15.30-a təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG