Accessibility links

Amerika səfiri Gənc Liderlik Proqramının iştirakçilarına qəbul təşkil edib


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar

Proqram çərçivəsində Amerika və Azərbaycan məktəblərinin şagirdləri qarşılıqlı səfərlər edir

Iyulun 12-də ABŞ səfiri Riçard Morninqstar Gənc Liderlik Proqramının azərbaycanlı finalistləri və məzunları, habelə amerikalı iştirakçıları və onları qonaq edən ailələr üçün qəbul təşkil edib.

Gənc Liderlik Proqramı (GLP) qısa müddətli mədəni və təhsil proqramıdır; məqsədi müxtəlif etnik, dini və ictimai qruplardan olan ABŞ və Azərbaycan məktəbliləri, müəllimləri və icmaları arasında əlaqələri genişləndirmək və iki ölkə arasında əlaqələri möhkəmləndirməkdir.

2012-ci ilin yay aylarında 34 azərbaycanlı orta məktəb şagirdi və altı müəllim, icma rəhbərindən ibarət qrup ABŞ-a səyahət edib və Vaşinqton ştatının Sietl və Arizona ştatının Tempe şəhərlərinə və Vaşinqton, Kolumbiya mahalına səfər ediblər.

Eyni zamanda 17 amerikalı orta məktəb şagirdi və üç müəllim, icma rəhbərindən ibarət qrup Azərbaycana səyahət edib, Bakı, Gəncə və Şəki şəhərlərinə üç həftəlik səfər ediblər.

Səfərlər çərçivəsində 15-17 yaşlı azərbaycanlı iştirakçılar və müəllimlər üç həftəlik proqramda iştirak ediblər. Bu yay daha bir qrup azərbaycanlı məktəblilər Amerikaya səfər edəcək və amerikalı məktəblilər də Azərbaycana gələcəklər.
XS
SM
MD
LG