Accessibility links

“İmamzadə” təmir və bərpa olunub


İmamzadə kompleksi
İmamzadə kompleksi

Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) “İmamzadə” dini kompleksi əsaslı təmir və bərpadan sonra xalqın istifadəsinə verilib.

Kompleksin açılış mərasimində prezident İlham Əliyev iştirak edib.

Gəncə şəhərinin 7-ci kilometrliyində yerləşən “İmamzadə” dini kompleksində dövlət vəsaiti hesabına təmir-bərpa işlərinə 2010-cu ildə başlanıb.

Binalar üzlənib və daxili interyerdə bəzək işləri aparılıb, Hüseyniyyə və Zeynəbiyyə adlanan hər birinin 200 nəfər tutumu olan zallar tikilib, ziyarətgahın üstündə 28 metr hündürlüyündə günbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində mehmanxana inşa edilib.

"İmamzadə" dini kompleksinə aid olan tikililərin daxilində xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Tikilinin həyəti kərpiclə hasara alınıb. Kompleksin hasarları kərpic elementləri ilə bəzədilib. 600 kv.metrlik ərazidə əsas giriş xüsusi layihə ilə hazırlanıb.

Kompleksin yerləşdiyi 2,5 hektar ərazidə 36 kiçik və 5 böyük günbəzdən ibarət məscid, 200 kv.m ərazisi olan qurbangah, 1000 nəfərlik ehsangah, 500 avtomobillik 2 dayanacaq inşa edilib. Ərazidə müasir işıqlandırma sistemi, piyadaların rahat hərəkəti üçün səkilər yenidən qurulub. Kompleksin ətrafında yaşıllıq zolaqları salınıb. Həmişəyaşıl və dekorativ ağaclar əkilib.

Bu kompleks orta əsrlər dövrünə aid edilən mühüm dini və tarixi abidələrdəndir. Tarixi mənbələrə görə Gəncə İmamzadə Pirində - V İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn olunub.

Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG