Accessibility links

Gəncədə qumbara partlayıb - 2 nəfər ölüb, 3 nəfər yaralanıb


Qumbara

Qumbara

Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) qumbara partlaması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mayın 4-də gecə Gəncə şəhərində Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu Taleh Əhmədov hadisə yerində ölüb. M. Əhmədovun oğlu Nəriman Əhmədov, qardaşı oğlu Orxan Mirzəyev və Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

XS
SM
MD
LG