Accessibility links

“Gənclər düşüncə tərzinin genişlənməsinə də fikir verməlidirlər” [Audio]


ABŞ-da yaşayan azərbaycanlı xanım Arzu Kərimova Azərbaycanda gender ayrıseçkiliyindən danışır

“Azərbaycanda qadınlara qarşı ayrıseçkilik iki məsələ ilə bağlıdır: 1. İnsanların şəxsi düşüncə tərzi, 2. Yanaşmanın dövlət səviyyəsində aşağı olmasıdır”. Bu sözləri ABŞ-da yaşayan azərbaycanlı iş adamı Arzu Kərimova Amerikanın Səsinə müsahibədə deyib. Onun sözlərinə görə, o, Amerikada qazandığı uğurları Azərbaycanda qazanmaqda çətinlik çəkərdi.

please wait

No media source currently available

0:00 0:09:26 0:00
Direct link

“Bu yaxınlarda xaricdə təhsil almış hörmət etdiyim şəxslərdən biri sosial şəbəkədə belə bir iş elanı bölüşdü və dedi ki, Avropa təhsilli, Avropa qaydalarını başa düşən biri lazımdır, mənə xəbər verin, ancaq bu iş kişilər üçündür. Mən soruşdum ki, niyə bu, kişilər üçündür? Nə üçün fərq qoyursunuz. Cavabı belə oldu ki, özəl şirkətdir, belə istəyir. Sonra mən buna qarşı səsimi qaldıranda, hətta qadınlar da mənə etirazını bildirməyə başladı” – deyə Arzu Kərimova bildirib.

Onun sözlərinə görə, belə ayrıseçkiliklər çox zaman iş yerlərində fərqli düşüncələrin olmamasına gətirib çıxarır. ABŞ-la birbaşa müqayisə aparmaq istəmədiyini bildirən Arzu Kərimova bildirir ki, Birləşmiş Ştatlarda rəmzlərə böyük əhəmiyyət verildiyini deyir: “Burada qanunlar işləyir. Əgər belə bir iş görürsənsə, məhkəmədə buna cavab verməlisən”.

Arzu Kərimova deyir ki, insanların dünyaya baxışlarında tərəqqi olmalıdır. Azərbaycanlı qızların, qadınların xaricdə təhsil aldığını vurğulayan xanım Kərimova buna baxmayaraq, onların düşüncə tərzində tərəqqinin zəif olduğunu gördüyünü deyir: “Axı onlar təhsil almağa gələndə təkcə kitab oxumağa, imtahanlar verib dərsdən keçməyə deyil, düşüncə tərzinin genişlənməsinə də fikir verməlidirlər”.

Xaricdə yaşasa da, Azərbaycanın adət-ənənələrinə dəyər verdiyini bildirən Arzu Kərimova Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk ölkələrdən olduğunu xatırladır.

“Mən özüm də təzə-təzə Azərbaycandan çıxanda, təyyarəyə minəndə pilotun qadın olduğunu eşidəndə qorxurdum. Amma indi ona görə utanıram. Çünki sən bunu bilmədən bu sənin düşüncə tərzinin bir növü olur” – deyə Arzu Kərimova Amerikanın Səsinə müsahibədə bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG