Accessibility links

Müxalif gənclər parlamentin buraxılmasını tələb etdilər [Video]


Sabiq YAP deputatı Gülər Əhmədovanın parlament yerini satmaq cəhdini göstərən video etiraz aksiyasına yol açıb

Gənclərin aksiyası

Gənclərin aksiyası

Bakının mərkəzində Fəvvarələr Meydanında parlamentin buraxılması tələbi ilə gənclər təşkilatlarının etiraz aksiyası olub.

Polis gənclərin bir yerə toplaşmasına imkan verməsə də, onlar meydanın müxtəlif istiqamətlərində kiçik qruplar halında - “Parlamentə istefa!”, “Azad seçkilər!”,“İstefa!”, “Ədalətli seçkilər tələb edirik!”, “Korrupsionerlərə ar olsun!” şüarları səsləndirib.

​Polis və mülki geyimli şəxslər çoxsaylı etirazçını saxlayıb. S axlanılanların arasında “Azad gənclik” təşkilatının lideri Ulvi Həsənli, NİDA təşkilatının liderlərindən biri Turqut Qəmbər, AXCP gənclər təşkilatından Natiq Adılov və Əbülfəz Qurbanlı, ADP Gənclər Təşkilatının rəhbəri Cəmil Hacıuev, Müsavat Partiyasının gənclər təşkilatından Nərgiz Yaqublu və digər fəallar var.

Fəvvarələr Meydanında yüzlərlə polis dolaşıb və meqafon vasitəsilə insanları dağılışmağa, icazəsiz aksiya keçirməməyə çağırıb.

Gənclərin aksiyası

Gənclərin aksiyası

Xatırladaq ki, parlamentin buraxılması tələbilə etiraz aksiyasının keçirilməsi barədə qərar hakim partiyadan olan keçmiş deputat Gülər Əhmədova ilə sabiq rektor Elşad Abdullayevin deputat olması üçün rüşvət verməsi səslənən qalqamallı videoçarxı yayıldıqdan sonra qəbul edilib.

Müsavat Partiyasının mətbuat xidməti aksiya zamanı 40-dan çox gəncin saxlandığını bildirib.

Saxlananlar arasında AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, sədrin bir neçə müşaviri də var. Həmçinin mülki geyimli şəxslər Müsavatın Ali Məclisinin üzvlərini Müsavat Partiyasının qərargahından bayıra çıxmağa imkan verməyib. Aksiyadan öncə Müsavat Partiyasının Ali Məclisinin iclası başlayıb və məclis üzvləri yalnız aksiya başa çatdıqdan sonra binanı tərk edə bilib.
XS
SM
MD
LG