Accessibility links

Məhkəmə gənc fəalları həbsdə saxlayıb


Qiyasəddin İbrahim və Bayram Məmmədov
Qiyasəddin İbrahim və Bayram Məmmədov

Mayın 26-Bakı Apellyasiya Məhkəməsi gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib.

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Bakının mərkəzi rayonunda, Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Xətai Rayon Məhkəməsi mayın 20-də çıxardığı qərarlarla hər iki gənclə bağlı qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti təmin etməmişdi. Həmin qərarlardan apellyasiya şikayəti verilib.

Apellyasiya məhkəməsində qapalı keçirilən prosesdə gənclərin özləri də iştirak edib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

Onun sözlərinəı görə, işgəncə ilə əlaqədar mayın 26-da prokurorluğun qərarı əsasında hər iki gənc ekspertizadan keçirilib.

XS
SM
MD
LG