Accessibility links

Gender zorakılıqlarına son qoyulması səyləri davam etdirilir


Gender zorakılıqarı adətən qadın məsələsi hesab edilir. Baxmayaraq ki, zorakılıqların əksəriyyəti kişilər tərəfindən törədilir.

Gender zorakılıqarı adətən qadın məsələsi hesab edilir. Baxmayaraq ki, zorakılıqların əksəriyyəti kişilər tərəfindən törədilir. İndi kişilərin zorakılıqlarla mübarizədə iştirak etməsi üçün müxtəlif proqramlar hazırlanır.

33 yaşlı Pol bu kişilərdən biridir. Liberiyanın Monroviya həbsxanasında 11 yaşlı qızı zorladığı üçün 10 illik həbs cəzasını çəkən bu şəxs hazırda seks zorakıları ilə bağlı hökumət proqramlarının birində iştirak edir. O, vaxtının çox hissəsini həyat dərsləri almağa sərf edir.

"Təcavüz etmişəm. İki il əvvəl həbs edilmişəm. Lakin həbsxanada heyvan saxlamaq, sabun düzəltmək kimi peşələrə sahib olmuşam. Düşünürəm ki, bir gün azadlığa çıxsam, layiqli vətəndaş olacağam."

Afrikanın bir çox ölkəsində münaqişələr, vətəndaş müharibələri gender zorakılıqlarının artmasına səbəb olub.

İndi hökumətlər qadınların dəstəklənməsi üçün daha artıq vəsait sərf edir.

Qadın bərabərliyini dəstəkləyən FEMNET qadın təşkilatı 7 ölkədə kişi-kişiyə adlı proqram təşkil edərək, gender zorakılıqları ilə mübarizəyə daha artıq kişinin cəlb edilməsinə çalışır.

FEMNET-in rəhbəri Emma Kaliyanın dediyinə görə, kampaniya bəhrəsini verməyə başlayıb.

Bu yaxınlarda Nairobidə qadın hüquqlarının müdafiəsi tələbi ilə keçirilən nümayişdə daha artıq kişi fəal iştrirak etmişdi. Onlar yeniyetmə qızı zorlayanların çəmən biçmə kimi cəza ilə azad edilməsinə etiraz edib.

Seksual zəmində zorakılıqlara son qoylması proqramları kişilərin maarifləmdirilməsi ilə yanaşı, zorakıları psixoloji kurslərla da təmin edir.

Fəallar hesab edir ki, gender zorakılıqlarının kişilərin həyatlarında mühüm yeri tutan qadınlara da aid olmasını izah etməklə onları gender bərabərliyə inandırmaq mümkündür.
XS
SM
MD
LG