Accessibility links

Noyabrın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası"nın açılış konfransında iştirak edib. Bu barədə USAİD/Azerbaijan (Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan ofisi) Facebook səhifəsində məlumat yayıb.

Gender Əsaslı Zorakılığa Qarşı konfrans

Gender Əsaslı Zorakılığa Qarşı konfrans

Məlumatda deyilir ki, 25 noyabr - Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günündən 10 - dekabr İnsan Hüquqları Gününə kimi Gender Əsaslı Zorakılığa qarşı 16 Fəallıq Günü bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün fəallığı canlandırmaq vaxtıdır.

“USAID/Azerbaijan və onun tərəfdaşı olan United Nations Population Fund BMT-nin Əhali Fondu gender əsaslı zorakılığa qarşı mübarizə aparmaq ehtiyacı haqqında məlumatlılığı artırmaq məqsədilə səylərini birləşdirib”, məlumatda qeyd edilir.

Show comments

XS
SM
MD
LG