Accessibility links

Amerikanın ən yadda qalan və sevilən komediyalarında iştirak edən aktyoru Cin Uaylder 83 yaşında vəfat edib.

Uaylder ailəsi Alzaymer xəstəliyindən bir neçə ildir əzab çəkən aktyorun dünyasını bazar ertəsi dəyişdiyini bildirib.

​Viskonsin ştatının Miluaki qraflığında anadan olan Uaylder filmlərə Nyu-York səhnəsində uğur qazandıqdan sonra filmlərdə çəkilməyə başlayıb. Ulduz kimi o, 1970-ci illərdə "Parlaq yəhərlər" komediyasında, ssenarisini rejissor Mel Bruksla birlikdə yazdığı qorxulu "Gənc Frankenşteyn" və "Gümüş zolaq" komediyasından sonra məşhurlaşıb.

Uaylder "Uilli Vonka və Şokolad zavodu" filmində sirli şirniyyat fabriki işçisinın mahnı və rəqsləri ilə uşaqların sevgisini qazanmışdı.

XS
SM
MD
LG