Accessibility links

ABŞ-ın Birgə Qərargahlar rəisi: Rusiya Suriyada rejimi sabitləşdirdi


ABŞ-ın Birgə Qərargahlar rəisi, general Co Danford
ABŞ-ın Birgə Qərargahlar rəisi, general Co Danford

ABŞ-ın yüksək səviyyəli generalı deyib ki, Rusiyanın Suriyaya müdaxiləsinin Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinin mövqeyini möhləmlətdiyinə dair heç bir şübhə yoxdur.

“Rusiyanın Suriyada fəaliyyətinə gəldikdə, burada heç bir şübhə yoxdur ki, onlar rejimi sabitləşdiriblər və özlərini siyasi həllə təsir göstərə biləcək bir mövqedə qoyublar”-deyə ABŞ-ın Birgə Qərargahlar rəisi, general Co Danford bildirib.

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində danışan general Danford deyib ki, Suriya hökumətinin mövqeyi keçən il iyul və avqust aylarında çox zəif idi, lakin indi, onun sözlərilə, “onlar daha yaxşı vəziyyətdədir.” “Rusiyanın Suriyadan hərbi qüvvələrini çıxarması Suriya münaqişəsinə müdaxilənin əsas məqsədi ilə bağlı suallar qaldırır”-deyə o əlavə edib.

Rusiyanın Suriyada fəaliyyətinə gəldikdə, burada heç bir çübhə yoxdur ki, onlar rejimi sabitləşdiriblər və özlərini siyasi həllə təsir göstərə biləcək bir vəziyyətdə qoyublar

“Əsas məqsədin İŞİD-ə qarşı mübarizə olduğu elan edilmişdi. İndi onlar hərbi qüvvələri çıxarır. Mənim nəzərimcə, hələ də İŞİD-ə qarşı görüləsi iş çoxdur”-deyə general Danford bildlirib.

ABŞ-ın Birgə Qərargahlar rəisinin sözlərinə görə, Birləşmiş Ştatların hərbi qüvvələrinin qarşılaşdığı ən mühüm sınaqlardan biri Rusiyanın Gürcüstan və Krımda fəaliyyətinə qarşı, habelə İranın Yaxın Şərqdə nüfuzunun artmasına və Çinin Cənubi Çin dənizində təcavüzünə qarşı effektiv ölçülərin tətbiq olunmasından ibarətdir.

General izah edib ki, ABŞ-ın ənənəvi hərbi doktrinasına əsasən, ölkə ya sülhsevər şəkildə davranır, ya da müharibə aparır. Lakin o deyib ki, öz maraqlarının təmin olunması və ABŞ-ın hərbi gücünün qarşısının alınmasına çalışan ölkələrə münasibətdə bu yanaşma təsirli deyil.

Rusiyanın Suriyadan hərbi qüvvələrini çıxarması Suriya münaqişəsinə müdaxilənin əsas məqsədi ilə bağlı suallar qaldırır

“Rəqib bizim hərbi əməliyyata başlamağımız üçün həddi yaxşı başa düşür, buna görə bundan aşağı səviyyədə fəaliyyət göstərir. Onlar öz maraqlarını təmin etməyə davam edir, biz isə üstünlüymüzü itiririk və açığı, bu, bizim maraqlarımıza mənfi təsir göstərir,” deyə ABŞ generalı fikrini tamamlayıb.

General Danford deyib ki, o, gələn həftələr qlobal miqyasda münaqişələrin hazırkı xarakterini nəzərə almaqla hərbi komandanlıq və hərbi qüvvələrin idarə edilməsində ciddi dəyişikliklərlə bağlı təkliflərini Konqresə təqdim edəcək.

XS
SM
MD
LG