Accessibility links

ABŞ avtomobil istehsalçısı General Motor bəzi kompakt avtomobillərdə ölüm hallarına gətirib çıxarın nasazlıqların olması ilə əlaqədar təyziqlə qarşılaşıb. Federal hökumətin prokurorları məsələ ilə bağlı təhqiqat aparır.

General Motors şirkətinin 2003-2007-ci illərdə istehsal edilən avtomobillərdə starterdə baş verən problemə cavabı yubandırmasına görə qanunu pozub-pozmadığı araşdırılır.

On il əvvəl problemdən xəbərdar olduğunu halda General Motors şirkətinin dünya ölkələrində 1.6 milyon köhnə model avtomobillərin geri qaytarılması məsələsini bu ilin fevral ayınadək yubatması sual olunur.

General Motors avtomobillərində starterin nasaz olması 31 qəza hadisəsi və 13 ölüm halına səbəb olub.

Avtomobil istehsalçısı mühərrikin qəflətən sönməsinə səbəb ola bilən starterləri əvəz edəcəyini bildirib. Hadisə qəflətən baş verən zaman avtomobilin idarə edilməsi mümkün olmur.
XS
SM
MD
LG