Accessibility links

General Motors rekord məbləğdə cərimə ödəyə bilər


ABŞ-ın nəhəng avtomobil istehsalçısı olan General Motors avtomobillərin işə salınması mexanizmində qüsuru açıqlamadığına görə rekord məbləğdə cərimə ödəməli ola bilər. Avtomobillərdə qüsurun 104 insanın ölümünə səbəb olduğu bildirilir. Bu haqda məlumat New York Times qəzetində açıqlanıb.

General Motors şirkəti cərimənin məbləği ilə bağlı danışıqlar aparır, lakin rekord məbləğin 1,2 milyard dollardan artıq olacağı gözlənilir. New York Times qəzeti adları açıqlanmayan mənbələrə istinadən keçən Toyota şirkətinin istehsal etdiyi avtomobillərdə özü-özünə sürətin artması kimi problemləri açıqlamadığı haqda məlumat verib.

New York Times qəzetinin yazdığına görə, ABŞ-ın Ədliyyə Departamenti General Motors şirkətinin mühərrikin qəflətən sönməsinə gətirib çıxaran problemləri açıqlamamasını “cinayət xarakterli hərəkət” kimi qiymətləndirib. Qəzet bildirir ki, şirkət istehsal etdiyi avtomobillərdə başqa problemlərlə əlaqədar keçən il rekord sayda-30 mindən çox avtomobili geri çağırmışdı.

New York Times qəzeti yazır ki, General Motors-un məsələni həll etmək istəyi və istintaqla əməkdaşlığa hazırlığı şirkətin xeyrinədir və bu, şirkətin əməkdaşlıq etmədiyi halda ödəməli olacağı məbləğdən daha az cərimənin verilməsi ilə nəticələnəcək. General Motors-un əməkdaşlığından fərqli olaraq Toyota şirkəti keçən il prokurorlarla hüquqi mübahisəyə başlamışdlr.

Qəzət yazır ki, General Motors şirkətinin keçmiş işçiləri istintaqa cəlb olunub və cinayət ittihamları ilə qarşılaşa bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG